16:13 15-07-2009
news_image
710
DİGƏR NÖVLƏR

ESC-nin yeni prezidenti Azərbaycana söz verdi

Xorvatiyanın Osyek şəhərində Avropa Atıcılıq İdmanı Konfederasiyasının (ESC) hesabat-seçki konfransı keçirilib. Tədbirə qatılmış Azərbaycan Atıcılıq İdmanı Federasiyasının vitse-prezidenti Rasim Rzayevin apasport.az saytına verdiyi məlumata görə, ESC-yə yeni prezident seçilib. Bundan sonra quruma rusiyalı Vladimir Lisin rəhbərlik edəcək.

Rasim Rzayev hesabat-seçki konfransının ardından Lisinlə görüşüb: “Biz müxtəlif məsələlər barədə söhbətləşdik. Lisin Azərbaycanın güllə atıcılarına əlindən gələn köməyi göstərəcəyini bildirdi”.

Həmçinin, Rzayev gələcəkdə ölkəmizdə beynəlxalq yarışlarının təşkil olunacağını da istisna etmədi. Hesabat-seçki konfransından sonra Avropa çempionatı başlanılıb. Yarış start götürsə də, 2 güllə, 4 stend atıcımız hələlik mübarizəyə qoşulmayıb. Qitə çempionatı iyulun 25-dək davam edəcək.