14:29 16-07-2009
news_image
507
DİGƏR NÖVLƏR

Məmmədov qayıq sürdü, sonuncu oldu

Bu gün Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, Malta gölündə təşkil olunan qitə birinciliyində Azərbaycanı kayakçı Ramil Məmmədov təmsil edir. Gənclərin mübarizəsinə qatılan 20 yaşlı Məmmədov 1 nəfərlik qayıqla artıq 1000 metr məsafəyə yürüşün seçmə mərhələsində çıxışlarını başa vurub. Kayakçımız 8 iştirakçı arasında sonuncu yeri tutaraq, mübarizəni dayandırıb. Sabah Məmmədov 500 metrlik məsafəyə yürüşün seçmə mərhələsində qüvvəsini sınayacaq.

I yeri tutacaq kayakçı birbaşa finala, 2-7-ci pillələrin sahibləri isə yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Çempionata iyulun 19-da yekun vurulacaq.