15:54 16-07-2009
news_image
1044
DİGƏR NÖVLƏR

Qızla öpüşdü, cəzalandı, sonra da bağışlandı - FOTO

Dopinqə görə cəzalanan fransalı tennisçi Rişar Qaske xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Tennis Federasiyası reytinqdə 32-ci yerdə gedən 23 yaşlı idmançının orqanizminə narkotik maddənin qızla öpüşməsi nəticəsində düşməsi ilə razılaşıb. Bununla da qeyri-müəyyən müddətə cəzalanan Qaske idmana qayıda bilər.

Antidopinq Komissiyasının üzvlərinə kokaini qəsdən qəbul etmədiyini deyən tennisçinin sözlərinə görə, bu, təsadüfən baş verib. Belə ki, Qaske dostları ilə birgə getdiyi Mayamidəki gecə klublarının birində az öncə kokain qəbul etmiş Pamela adlı qızla öpüşüb. Qaskenin orqanizminə az miqdarda kokainin düşdüyünü bəyan edən komissiya belə vəziyyətdə uzun müddətli cəzanı ədalətsiz sayır. Buna görə də ona iki ay yarımlıq cəza verilib və bu müddət iyulun 15-də dinləmə günü bitəcək.

Qeyd edək ki, dopinq test verən Qaskenin orqanizmində kokain mayın əvvəlində aşkarlanıb. Həmin vaxt ona müvəqqətini diskvalifikasiya nəticəsində fransalı “Rolan Qarros” və “Uimbldon” kimi nüfuzlu turnirləri buraxmalı olub.