17:46 16-07-2009
news_image
784
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığması Avropa çempionatında 34-cü yeri tutdu

Çexiyanın paytaxtı Praqada stolüstü tennis üzrə Avropa çempionatında komanda yarışları keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandalarımız fəxri kürsüyə yüksələ bilməyiblər.

Kadet oğlanların yarışında yığmamız 42 kollektiv arasında 34-cü yeri tutub. Mini-kadet qızlardan ibarət milli komandamız isə 32-ci pillədə qərarlaşıb. Xanım tennisçilərimiz cəmi 7 yığmanı qabaqlayıblar. Yunior oğlanlarımızın çıxışı isə daha uğursuz olub.

Bu gün qitə birinciliyində şəxsi görüşlər başlayıb.