11:14 17-07-2009
news_image
1243
DİGƏR NÖVLƏR

Avropa çempionatının ən yaxşı azərbaycanlı xanımı - FOTO

Azərbaycan qılıncoynadanları Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan 4 idmançımızın hamısı əliboş qalıb.

Təmsilçilərimiz arasında ən sonda qüvvəsini sınayan Sabina Mikina (sablya) təsnifat mərhələsini adlayıb. Lakin 22 yaşlı həmyerlimiz 1/16 finalda Yekaterina Datçenkoya uduzub - 4:15. Bununla da, mübarizəni erkən dayandıran Sabina 29-cu yerlə kifayətlənib. O, həm də bu dəfəki Avropa çempionatında ən yaxşı nəticə göstərən azərbaycanlı olub.

Digər “muşketyor”umuz Vəkil Nəsibov isə uğursuzluqla üzləşib. Şpaqa növündə yarışan gənc idmançı 80-ci yeri tutub.

Xatırladaq ki, daha öncə bacarığını nümayiş etdirmiş Ramin Əmirov 47-ci, Azər Tağıyev isə 55-ci olmuşdu.