10:29 18-07-2009
news_image
827
DİGƏR NÖVLƏR

“Tur de Frans”da qanlı olay: Velosipedçilər güllələndi

“Tur de Frans” yürüşünün 13-cü mərhələsində qanlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, iştirakçılardan ikisi pnevmatik silahdan güllələnib. İspaniyalı Oskar Freyre ombasından, Yeni Zelandiyalı Culian Din barmağından yaralanıb.

İnsident 200 kilometrlik distansiyanın 165-ci kilometrliyində baş verib. Həmin anda naməlum şəxs atəş açıb. Freyrenin sözlərinə görə, o, üç dəfə şaqqıltı eşidib və sonradan ayağında ağrılar hiss edib. Buna baxmayaraq, hər iki velosipedçi mərhələni başa vurub və yalnız bundan sonra onlara tibbi yardım göstərilib. Freyrenin ombasından güllə çıxarılıb. Dinin barmağına isə ciddi xəsarət yetirilməyib. Hər iki yürüşçü bu gün keçiriləcək növbəti mərhələdə iştirak edəcəklər. Polis isə bu faktla bağlı artıq cinayət işi açılıb və xəsarət alanlardan ifadə alıb.

Qeyd edək ki, 2007-ci ildə “Tur de Frans”da analoji yürüşdə bomba partladılmışdı. Xoşbəxtlikdən insident baş verən zamanı velosipedçilər partlayıcı maddə qoyulan yerdən keçib gediblərmiş. Həmin vaxt bu aksiyaya görə məsuliyyəti Bask Separat Qrupu - ETA öz üzərinə götürmüşdü.