11:56 20-07-2009
news_image
597
DİGƏR NÖVLƏR

İradə Aşumova Avropa çempionatında 20-ci yeri tutub

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumovanın Xorvatiyanın Osyek şəhərində keçirilən Avropa çempionatında çıxışı uğursuz olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu güllə atıcısı qitə birinciliyində 20-ci yeri tutub.

O, 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmanın təsnifat mərhələsində 574 xal (99+93+95+94+95+98) toplayıb. Onun final mərhələsinə adlamasına 6 xalı çatmayıb. Buna görə də Aşumova mübarizəni erkən dayandırıb.

Olimpiya mükafatçısının oğlu Ruslan Lunyov isə gənclərin yarışında medal qazanmağa yaxın olub. 20 yaşlı idmançı 541 xal yığaraq, ilk “səkkizliy”ə daxil olub və finala adlayıb. Lakin burada 92.9 xal toplayan Ruslan ümumilikdə, 633,9 xalla 7-ci pillədə qərarlaşıb.