23:00 20-07-2009
news_image
651
DİGƏR NÖVLƏR

Yığmamızdan biabırçı nəticə: 35 ölkə arasında 32-ci yer

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr və böyüklər arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı gənclər arasında 1 nəfərlik kayak qayığında mübarizə aparan Ramil Məmmədov təmsil edib. 20 yaşlı avarçəkən 500 və 1000 metr məsafələrə yürüşdə qüvvəsini sınayıb.

1000 metrlik məsafəyə yürüşdə seçmə mərhələni 9 iştirakçı arasında sonuncu pillədə başa vuran Məmmədov yarımfinala vəsiqə qazana bilməyib. Lakin 500 metr məsafəyə yürüşdə yarımfinaladək irəliləyə bilib. Təmsilçimiz seçmə mərhələdə 9 iştirakçı arasında 8-ci yeri tutub. Bu nəticə ilə Məmmədov növbəti mərhələyə çıxıb. Lakin yarımfinalda bu məsafəni 1 dəqiqə 57 saniyə 973 mikrosaniyəyə qət edərək, sonuncu olub. Bununla da kayakçımız finala vəsiqə qazana bilməyib.

Ölkəmiz yeniyetmə və gənclər arasında Avropa birinciliyində ilk dəfə təmsil olunub. Bununla belə, məhz Məmmədovun yarımfinaladək irəliləməsi nəticəsində aktivinə 2 xal yazan Azərbaycan gənclərin mübarizəsində 35 ölkə arasında 32-ci olub.