13:42 22-07-2009
news_image
553
DİGƏR NÖVLƏR

Cavid Əfəndiyev dünya çempionatında mübarizəyə başlayır

Sabah Çexiyanın Raçitse şəhərində akademik avarçəkmə üzrə gənclər arasında (U-23) dünya birinciliyinin startı veriləcək. Apasport.az saytının Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən aldığı məlumata görə, 68 dövlətin qatılacağı mötəbər yarışda ölkəmizi Cavid Əfəndiyev təmsil edəcək.

19 yaşlı avarçəkənimiz 1 nəfərlik yüngül çəkili qayıqda (BLM 1X) mübarizə aparacaq. Bu kateqoriyada 31 ölkə təmsilçiləri 2000 metrlik məsafəyə yarışacaqlar. Onlar sabah saat 13:18-dən etibarən seçmə mərhələyə başlayacaqlar. Ardından təsəlliverici, 1/4 final, yarımfinal və final yürüşləri keçiriləcək. Dünya birinciliyinə iyulun 26-da yekun vurulacaq.