14:04 24-07-2009
news_image
1134
DİGƏR NÖVLƏR

Məşhur tennisçinin əkiz qızı oldu – FOTO

Dünyanın ən güclü tennisçilərindən biri, isveçrəli Roje Federer ata olub. Apasport.az saytının məlumatına görə, dünən gecə onun əkiz qızı dünyaya gəlib. Həkimlər bildiriblər ki, həm tennisçinin həyat yoldaşı Mirka, həm də yeni doğulmuş körpələr - Şarlen Riva və Mila Rouz özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Federerin xanımı Mirka da vaxtilə peşəkar tennisçi olub. Onun reytinqdə ən yaxşı göstəricisi 76-cı yer olub və 2002-ci ildə ayağından zədə aldıqdan sonra karyerasını bitirib.

Rojenin özünə gəlincə, 28 yaşlı idmançı Pekin Olimpiadasının qızıl medalçısı, “Uimbldon” turnirinin 6 qat çempionu, həmçinin ABŞ, Avstraliya, Fransa çempionatlarının qalibidir.