11:08 25-07-2009
news_image
3126
DİGƏR NÖVLƏR

Cazibədar şərhçi oteldə çılpaq yaxalandı - FOTO

ABŞ-ın ən məşhur idman şərhçisi, ESPN telekanalının əməkdaşı Erin Endryusun oteldə çılpaq görüntülərinin kameraya çəkilməsi ölkə gündəmini zəbt edib. Apasport.az saytının məlumatına görə, gizli çəkilişdə çılpaq olan 31 yaşlı gözəlçənin güzgü önündə saçını daradığı nəzərə çarpır. Bu 5 dəqiqəlik videogörüntü son günlərdə tanınmış İnternet saytlarında ən çox baxılan fayl olub. Görüntülərin İnternetə yerləşdirilməsindən bir gün sonra isə Endryus videonu çəkənləri və onu yayanları məhkəməyə verəcəyini bəyan edib.

Sözügedən hadisə ABŞ mediasını iki hissəyə bölüb. “Fox” və CBS telekanalları, eləcə də “Nyu York Post” qəzeti Erinin çılpaq görüntülərini yayımlayıb. ESPN, CNN kimi kanallar isə bunun şəxsi həyata müdaxilə olduğunu bildirərək, hadisəni qabartmağa ehtiyac görməyiblər. Bu, ABŞ-da 11 sentyabr hadisəsindən və İraqla müharibəsindən sonra media arasında yaranan ən böyük fikir ayrılığıdır.

Qeyd edək ki, Endryus nüfuzlu “Playboy” jurnalı tərəfindən 2008-ci və 2009-cu illərdə ən seksual idman şərhçisi seçilib.