22:27 25-07-2009
news_image
977
DİGƏR NÖVLƏR

Bakıda “Kuboklar Kuboku”

Dövlət Sərhəd Xidmətinin (DSX) Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” atçılıq mərkəzində “Kuboklar kuboku” uğrunda yarış keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif atçılıq klublarının idmançıları iştirak ediblər.

Cavan atların qaçışında Respublika atçılıq məktəbinin nümayəndəsi Sərdar Əlibalayevin “Asfa” ləqəbli atı birinci yerə çıxıb. Yaşlı atların yarışında isə “Günay” atçılıq klubunun yetirməsi Seymur Musayevin “Qırat”ı birinci olub. Qaliblərə fəxri fərman, diplom və pul mükafatı verilmişdir.

Qeyd edə ki, yarışı izləmək üçün Bakıya gələn atçılıq idman növü üzrə olimpiya və dünya çempionu, bir neçə ölkədə məşqçi işləmiş braziliyalı Nelson Pesoa Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

AzərTac