15:49 28-07-2009
news_image
701
DİGƏR NÖVLƏR

Polis Əhmədi axtarır

Su idman növləri üzrə dünya çempionatında kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən yarışın 2 iştirakçısı itib. Cibuti təmsilçilərinin yoxluğu yalnız yarışın gedişi zamanı hiss olunub. Bu gün səhər 50 metr məsafəyə brass üsulu ilə üzmək yarışı zamanı diktorun çağırışı ilə hovuzun önünə gələnlər arasında Əhməd Həsən Harbi olmayıb. Diktor nə qədər “Əhməd, Əhməd” çağırsa da, onun harada olduğu bilinməyib. Elə 100 metr məsafəyə sərbəst üsulla üzən Hümed Həsən Əli də azarkeşlərə belə həsrət yaşadıb. Artıq İtaliya polisi də idmançıların axtarışına çıxıb.