23:11 01-08-2009
news_image
696
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “FİNet OPEN”də 5-ci yeri tutdu

Mayntsda təşkil olunan şahmat festivalı çərçivəsində “FİNet OPEN” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Şəhriyar Məmmədyarov yarışı 5-ci yerdə başa vurub. O, 263 iti zəka sahibinin qatıldığı turnirdə 11 görüşdə 8,5 xal toplayıb. Digər şahmatçılarımızdan Vüqar Həşimov 27-ci, Sərxan Həşimov 61-ci, Namiq Quliyev isə 62-ci pillədə qərarlaşıb.

Turnirin qalibi isə 9,5 xal toplayan rusiyalı Aleksandr Qrişuk olub. Qata Kamski (ABŞ) ilə Rüstəm Qasımcanov (Özbəkistan) isə 3-cü yerləri bölüşüblər.