17:07 03-08-2009
news_image
586
DİGƏR NÖVLƏR

İki gümüş və iki bürünc medal

Latviyanın Drusti şəhərində təşkil olunmuş stolüstü tennis üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, təmsilçilərimiz yarışda 2 gümüş və 2 bürünc medal qazanıblar.

Komanda yarışlarında kişilərdən ibarət yığmamız 2-ci, qadınlar isə 3-cü yeri tutub. Şəxsi birincilikdə də eyni əyarlı medallar qazanmışıq. Belə ki, Ramil Cəfərov fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Xanım tennisçimiz Billurə Eminova isə bürünc medala layiq görülüb.