18:28 03-08-2009
news_image
1046
DİGƏR NÖVLƏR

Yeni reytinq cədvəlində gerilədik

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda yer alan Azərbaycan idmançılarının göstəriciləri zəifləyib. Buna atıcılarımızın ötən ay Xorvatiyanın Osyek şəhərində keçirilmiş Avropa çempionatında zəif çıxış etmələri səbəb olub. Üstəlik Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinovanın qitə birinciliyinə qatılmaması, onun reytinq cədvəlindəki mövqeyinə də təsirsiz ötüşməyib.

Güllə atıcılığı
Kişilər

10 m, pnevmatik tapança,
51 (50). Ruslan Lunyov 7 xal

50 m, kiçikçaplı tapança,
51 (50). Ruslan Lunyov 14

Qadınlar
10 m, pnevmatik tapança,
15 (15). Nigar Bağırova 238
38 (37). İradə Aşumova 53

25 m, kiçikçaplı tapança
16 (12). İradə Aşumova 278
78 (59). Nigar Bağırova 8

Stend atıcılığı
Kişilər

71 (62). Emin Cəfərov 6

Qadınlar
25 (22). Zemfira Meftahəddinova 118
32 (28). Nurlanə Cəfərova 27