15:03 11-08-2009
news_image
780
STOLÜSTÜ OYUNLAR

Bakıda 60 min dollarlıq turnir

Bakıda növbəti beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, sentyabrın 20-dən 30-dək Gənclər və İdman Nazirliyinin və Şahmat Federasiyasının təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş “Baku Open-2009” beynəlxalq şahmat turniri təşkil olunacaq. Ümumi mükafat fondu 60 000 ABŞ dolları olan turnir Zaqulba qəsəbəsindəki “Bilgəh” otelində keçiriləcək.