00:54 13-08-2009
news_image
795
DİGƏR NÖVLƏR

Azərbaycan “Formula-1”də dünya çempionu oldu

Sankt-Peterburqda “Formula-1” su-motor idmanı üzrə keçirilən dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının tərkibində çıxış edən isveçli Conas Andersen dünya çempionu olub. “Formula–1” su-motor idmanı üzrə növbəti dünya çempionatı oktyabrın 6-7-də Çinin Liucou şəhərində keçiriləçək.

AzərTac