18:45 14-08-2009
news_image
754
DİGƏR NÖVLƏR

Extratime.az saytına erməni xakerlər hücum edib?

Azərbaycanın idman saytları arasında özünəməxsus yeri olan extratime.az xakerlərin hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, hücum nəticəsində məlumat bazası və arxiv yararsız hala düşüb. İlkin versiyaya əsasən, bu təcavüzü ermənitanlı xakerlər törədiblər. Buna görə də, extratime.az müvəqqəti olaraq, fəaliyyətini dayandırıb.

Hazırda saytda texniki işlər aparılır. Təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra sayt sabah saat 12:00 radələrində fəaliyyətini bərpa edəcək. Extratime.az saytının rəhbərliyi yaranmış narahatçılığa görə, bütün oxuculardan üzr istəyib.