23:02 14-08-2009
news_image
592
DİGƏR NÖVLƏR

Yığmamız Hollandiya, Rusiya və İngiltərəyə qarşı

Avqustun 22-dən 30-dək Amsterdamda qadınlar arasında otüstü xokkey üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan yığması da qatılacaq.

A qrupunda yarışacaq komandamızın ilk rəqibi Hollandiya olacaq. Avqustun 23-də Rusiya millisi ilə qarşılaşacaq hokkeyçilərimiz, iki gün sonra İngiltərə yığmasını sınağa çəkəcəklər.

Qeyd edək ki, 1-4-cü yerlərin qalibi olacaq komandalar 2010-cu ildə Argentinada keçiriləcək dünya çempionatının final mərhələsində yarışmaq imkanı əldə edəcək.