17:41 17-08-2009
news_image
635
DİGƏR NÖVLƏR

Xarkova bir ayda iki səfər

Avqustun 26-da Ukraynanın Dnepropetrovsk şəhərində badminton üzrə ənənəvi ümumukrayna turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, bu yarışda Azərbaycanın idman şərəfini Kənan Rzayev, Rahim Səlimov və Teymur Abbasov qoruyacaq. Yarışın sonunda bütün iştirakçılar Xarkov şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər. Təlim-məşq toplanışı sentyabrın 10-13-də Xarkovda keçiriləcək “Badminton Europe Circuit” turnirinə hazırlıq xarakteri daşıyacaq.

Mənbə: AzərTAc