11:36 18-08-2009
news_image
563
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastlarının növbəti uğuru

Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan bədii gimnastika üzrə Dünya kuboku yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup komandalarının yarışında Azərbaycan yığması halqa ilə hərəkətlərdə 24,550 xalla, lent və iplə hərəkətlərdə isə 24,175 xalla üçüncü yeri tutub. Fərdi yarışlarda Anna Qurbanova topla hərəkətlərdə 24,825 xal toplayıb. Bu nəticəyə əsasən o, 6-cı yeri tutub. Qurbanova ip və lentlə hərəkətlərdə isə 7-ci pillədə qərarlaşıb.

Mənbə: AzərTAc