11:55 24-08-2009
news_image
799
DİGƏR NÖVLƏR

Milli komandamız 0:10 hesabı ilə uduzdu

Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə milli komandası Hollandiyanın paytaxtı Rotterdamda təşkil olunan Avropa çempionatında biabırçılıqla üzləşib. Apasport.az saytının məlumatına görə, yığmamız ilk turda meydan sahibləri tərəfindən darmadağın edilib - 10:0.

Otüstü hokkeyçilərimiz ilk hissədə 4 qol buraxıblar. Fasilədən sonra hücumlarının ardı-arası kəsilməyən hollandlar milli komandamızı daha 6 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

İkinci turda isə yığmamız Rusiya ilə qüvvəsini sınayıb. Matç 1:1 hesabı ilə nəticələnib. Hazırda komandamız 1 xalla qrupda sonuncu, 4-cü pillədə qərarlaşıb. Həmyerlilərimiz yarımfinala vəsiqə qazanmaq üçün sabah İngiltərəni mütləq məğlub etməlidirlər.