17:49 27-08-2009
news_image
609
DİGƏR NÖVLƏR

Gənclər və idman nazirinə mükafat verildi

Gənclər və idman naziri Azad Rəhimov “Fəxri gənc” mükafatı ilə təltif edilib. Apasport.az saytının məlumatına görə, mükafatı Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyinin yaranmasının 15 illik yubileyi münasibətilə hazırlayıb.

“Fəxri gənc” döş nişanını nazirə “Buta Palace” Konsert-Banket Kompleksində keçirilən tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov təqdim edib. O, həmçinin simvolikasına görə güclü əllər mənasını verən “Allegory” adlanan hədiyyə ilə də naziri təbrik edib.

Mənbə: lent.az