12:55 28-08-2009
news_image
673
DİGƏR NÖVLƏR

İrlandiya da milli komandamızın payını verdi

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan yığmasının Avropa çempionatında uğursuzluğu davam edir. Apasport.az saytının məlumatına görə, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən qitə birinciliyində həmyerlilərimiz növbəti dəfə uduzublar. Milli komandamız 5-8-ci yerlər uğrunda görüşdə İrlandiyaya məğlub olub - 1:2.

Hesabı 24-cü dəqiqədə Nikola Simmons açıb. Fasilədən sonra, daha dəqiqi 49-cu dəqiqədə yığmamızın koreyalı legioneri Çun Məmmədova tarazlığı bərpa edib. Qarşılaşmanın bitməsinə 8 dəqiqə qalmış irlandlar qələbə topunu vurmağa müvəffəq olublar. Baş məşqçi Joa Xanqın yetirmələri sabah Şotlandiyanı sınağa çəkəcək. Bu oyunda da uğursuzluq komandamızın Avropa çempionatının ən yüksək dəstəsi ilə vidalaşmasına səbəb olacaq.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Hollandiyaya 0:10, İngiltərəyə isə 1:4 hesabı ilə uduzub. Rusiyalılarla qarşılaşma 1:1 nəticələnmişdi.