13:47 31-08-2009
news_image
646
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatında 24 şahmatçımız

Bu gün İtaliyanın Fermo şəhərində yeniyetmə şahmatçıların Avropa çempionatı start götürüb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ölkəmizi yarışda 24 idmançı təmsil edir.

10, 12, 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında təşkil olunan çempionat 9 turdan ibarətdir. İtaliyaya Azərbaycan çempionatının 11 gümüş medalçısı ilə yanaşı, əlavə 13 şahmatçı da yollanıb. Nümayəndə heyətinin rəhbəri Fikrət Sideifzadədir. Qitə birinciliyi sentyabrın 9-da başa çatacaq.