12:25 01-09-2009
news_image
751
DİGƏR NÖVLƏR

Legioner küçədə döyüldü

Rusiya küçələrində gəzmək əcnəbi idmançılar üçün də təhlükəyə çevrilib. Apasport.az saytının məlumatına görə, kanadalı hokkeyçi Conatan Bouman hücuma məruz qalıb. Ötən mövsüm Permin “Molt-Prikamye” klubunda çıxış edən 24 yaşlı qapıçıya küçənin ortasında hücum çəkən yerli sakinlər legioneri o ki var əzişdirib. Xəstəxanaya çatdırılan Conatan bir müddət əvvəl permlilərlə yeni müqavilə imzalasa da, sonradan kanadalı bundan imtina edib. Vətəninə dönməyə hazırlaşan Bouman artıq bunun üçün xəstəxanadan çıxmasını gözləməlidir.