12:14 02-09-2009
news_image
744
STOLÜSTÜ OYUNLAR

11 yaşlı tennisçimizin Fransa macərası

Fransanın Strasburq şəhərində mini-kadet oğlan və qızlar arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi Məryəm İmanova, Emin Abdullayev və Nurlan Həsənov təmsil edib.

11 yaşlı Məryəm 14-cü yeri tutaraq, “Avropa TOP-16” turnirində iştirak hüququna yiyələnib. Emin Abdullayev isə 12 yaşlıların mübarizəsində 28-ci sırada qərarlaşıb.