13:38 04-09-2009
news_image
618
DİGƏR NÖVLƏR

Olimpiya çempionunun qoluna qandal vurdular

Argentinalı olimpiya çempionu Valter Peres həbs olunub. Apasport.az saytının məlumatına görə, ötən il Pekin Olimpiadasının qalibi olan tanınmış velosipedçi avtomagistrala çıxdığı üçün polis tərəfindən saxlanılıb.

Argentina qanunlarının buna qadağa qoyması olimpiya çempionuna baha başa gəlib. Velosipedlə hərəkət edən 60 yürüşçüdən ibarət qrup yolda məşq edən zamanı polis tərəfindən saxlanılıb. Peresin sözlərinə görə, kütlədən yalnız onu çıxararaq, əlləri qandallı halda polis şöbəsinə aparılıblar: “Mən bu səbəbdən bütün məşq gününü itirdim. Bir də ki, həbsdə olmağa öyrəşməmişəm, çünki əsəbiləşir və həyəcanlanırdım”.

İnsidentin şahidlərindən biri polisin olimpiya çempionunu odlu silahla hədələdiyini bildirib. Buna sübut kimi həmin olayın mobil telefonu tərəfindən çəkilişi ola bilər.