18:08 04-09-2009
news_image
571
DİGƏR NÖVLƏR

Ümumdünya Pauerliftinq Federasiyasının prezidenti Bakıya gəlir

Ümumdünya Pauerliftinq Federasiyasının (VPS) prezidenti Maykl Suini Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, VPS rəhbəri sabah paytaxtımızda başlanacaq pauerliftinq üzrə Azərbaycan çempionatının açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində Gənclər və İdman Nazirliyində görüş keçiriləcək, bu beynəlxalq federasiyanın xətti ilə Azərbaycanda müxtəlif yarışların təşkilinə dair danışıqlar aparılacaq.

AzərTac