18:05 05-09-2009
news_image
697
DİGƏR NÖVLƏR

Sviney Azərbaycanı təriflədi

“Azərbaycan pauerliftinqin inkişaf səviyyəsinə görə dünyada ən qabaqcıl ölkələrdən biridir”. Apasport.az saytının xəbərinə görə, bunu Bakıda səfərdə olan Dünya Pauerliftinq Konqresinin (DPK) prezidenti Mayk Sviney deyib.

O, bildirib ki, DPK idmanın bu növündə ən nüfuzlu təşkilatdır: “Bakıya gəlişimin əsas məqsədi Azərbaycanda idmanın bu növündə inkişaf yollarını öyrənib, dünya birliyinə çatdırmaqdır”.

Xatırladaq ki, Sviney Bakıda başlamış açıq ölkə çempionatına qonaq qismində dəvət olunub. “Xəmsə” əyləncə mərkəzində keçirilən yarışda 12 çəki dərəcəsi üzrə 80-ə yaxın idmançı iştirak edir.

AzərTac