10:08 06-09-2009
news_image
657
DİGƏR NÖVLƏR

Qusarda Avropa çempionatı

Sentyabrın 16-da Qusar Olimpiya idman kompleksində kişi və qadınlar arasında universal döyüş üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, çempionatda kişilər 9, qadınlar isə 7 çəki dərəcəsi üzrə mübarizə aparacaq.

Azərbaycan Universal Döyüş Federasiyasına Rusiya, Latviya, Estoniya, Ukrayna, Litva, Moldova, Yunanıstan, Türkiyə, Rumıniya və digər ölkələrin idmançılarının çempionatda iştirakına dair təsdiqləyici sənədlər daxil olub. 5 günlük birincilikdə yığmamız iki heyətlə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan yığma komandası qitə birinciliyinə hazırlıq məqsədilə avqustun 25-dən Bakıda təlim-məşq toplantısına başlayıb. Üç həftə davam edəcək toplantı baş məşqçi Fərhad Ocaqverdiyevin rəhbərliyi ilə keçirilir.

AzərTac