14:31 07-09-2009
news_image
799
DİGƏR NÖVLƏR

Ölkə çempionları müəyyənləşdi

Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa 12 çəki dərəcəsi üzrə 80-dək idmançı qatılıb. İdmançılar pauerliftinq ilə yanaşı, benç–press növündə də qüvvələrini sınayıblar.

Pauerliftinq üzrə keçirilən yarışın nəticələrinə əsasən, Asif Beliyev (52 kq), Coşqun Ağazadə (56 kq), Elnur Eminov (60 kq), Camal Hidayətov (67 kq), Eldəniz Əhmədov (75 kq), Yalçın Bağırov (82 kq), Balı Hacıyev (90 kq), Hafiz Verdiyev (100 kq), Zahir Xudayarov (110 kq), Rüfət Ağayev (125 kq), Elnur Məmmədov (140 kq), Qalib Qəzənfərov (140 kq-dan yuxarı) ölkə çempionu olublar.

Benç-press üzrə yarışlarda isə Asif Beliyev (52 kq), Rəşad Əsgərov (56 kq), Samir Məmmədov (60 kq), Təbriz Ağayev (67 kq), Cavid Albabazadə (75 kq), Əli Əsgərov (82 kq), Sərxan Əliyev (90 kq), Cabir İbrahimov (100 kq), İbrahim İbrahimov (110 kq), Elnur Məmmədov (140 kq), İsrafil Məmmədov (140 kq-dan yuxarı) birinci yeri tutublar.

Qadınların həm benç–press, həm də pauerliftinq yarışında Günel Talıbova (52 kq), Lyudmila Əliyeva (60 kq) və Xatirə Şahverdi (62,5 kq) fərqlənib.

Bundan əlavə, Rüfət Ağayev (125 kq) pauerliftinq, İbrahim İbrahimov (110 kq) isə benç–press üzrə mütləq çəki dərəcəsində ölkə çempionu olub.

AzərTac