16:24 09-09-2009
news_image
773
STOLÜSTÜ OYUNLAR

Ermənilər Avropa çempionatında dezinformasiya yayıblar

Ermənistanın news.am saytında Manuel Petrosyan və David Qevorkyan adlı iki şahmatçının İtaliyanın Fermo şəhərində keçirilən Avropa çempionatında iştirak etdiyi barədə məlumat yayılıb. Saytın yazdığına görə, 12 yaşlı bu şahmatçılar guya Dağlıq Qarabağı təmsil edirlər.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyası erməni saytında gedən bu xəbəri təkzib edib: “FİDE-nin nizamnaməsinə görə, dünya və Avropa çempionatlarında, eləcə də, beynəlxalq yarışlarda yalnız rəsmi qeydiyyatdan keçmiş şahmat federasiyalarının nümayəndələri iştirak etmək hüququna malikdirlər”.

Saytda adı çəkilən şahmatçılar isə heç bir beynəlxalq qurum tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası adından deyil, Ermənistanın təmsilçiləri kimi çıxış edirlər. Odur ki, beynəlxalq ictimaiyyəti çaşdırmaq yolunu tutmuş erməni təbliğatının bu addımı da növbəti dezinformasiyadan başqa bir şey deyil.

AzərTac