15:50 10-09-2009
news_image
619
DİGƏR NÖVLƏR

Azərbaycan komanda hesabında dünya çempionatının bürünc medalını qazandı

Yaponiyanın Mie şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında bu gün üçün nəzərdə tutulmuş ilk mükafat dəsti üzrə yarış başa çatmışdır. Apasport.az saytının məlumatına görə, Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlıdan ibarət Azərbaycan yığması komanda yarışlarının nəticələrinə əsasən bürünc medala layiq görülüb. Qızıl medalı Rusiya, gümüş medalı isə Belarus yığması qazanıb.

Lentlə hərəkət üzrə yarışlarda Anna Qurbanova 25,750 bal göstərici ilə 5-ci yerdədir. Aliyə Qarayeva (25,425 bal) 6-cı, Zeynəb Cavadlı isə (24,550 bal) isə 14-cü yeri tutub. Bu gün top və lentlə hərəkətlər üzrə final yarışları keçiriləcək.

AzərTac