11:17 11-09-2009
news_image
853
STOLÜSTÜ OYUNLAR

Milli komandamız Lixtenşteynlə bu ay qarşılaşacaq

Stolüstü tennis üzrə Azərbaycan yığması Almaniyanın Ştutqart şəhərində keçiriləcək komandalararası Avropa çempionatında mübarizə aparacaq. Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 kişi və 3 qadın idmançımız qüvvəsini sınayacaq.

Kişilərin komanda yarışlarında Fərhad İsmayılov, Ramil Cəfərov, Əli Bayramov, Rafael Abramov və Cəfər Cəfərzadə, qadınlar arasında isə Bilurə Eminova, Səbinə Əhmədova və Rüfət Quliyeva qalib adı uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət yığmamızın rəqibləri Lüksemburq, Kipr, Lixtenşteyn, Hollandiya, Bosniya-Herseqovina, İslandiya, xanımlarımız qarşılaşacaqları komandalar isə Danimarka, İsveç, Belçikadır.

Qitə çempionatı 13-20 sentyabr aralığında baş tutacaq.