11:59 15-09-2009
news_image
620
DİGƏR NÖVLƏR

Olimpiya çempionunu soydular

Bədii gimnastika üzrə olimpiya çempionu Svetlana Xorkina oğruların qurbanına çevrilib. Apasport.az saytının məlumatına görə, Rusiya Dumasının deputatı olan 30 yaşlı xanım Moskvadakı mağazaların birində soyulub. Çantasını vitrinin üzərinə qoyan Svetlana alış-verişə o qədər aludə olub ki, oğruların yaxınlaşmasını hiss etməyib. Xorkina çantasının yoxluğunu başa düşəndə isə artıq gec olub. 1996 və 2000-ci illərin olimpiya çempionu itirdiyi əşyaların arasında iki bahalı mobil telefonun olduğunu bildirib.

Qeyd edək ki, Xorkina karyerasını bitirdikdən sonra müxtəlif obrazlarda fotosessiyalar verməklə məşğuldur.