23:08 16-09-2009
news_image
615
DİGƏR NÖVLƏR

Baranov Azərbaycana iddialı gəlir

Moldovalı idmançı Radu Baranov Azərbaycana Avropa çempionu olmaq üçün gəlir. Apasport.az saytının məlumatına görə, universal döyüş üzrə Qusarda keçiriləcək qitə birinciliyində ölkəsinin yeganə təmsilçisi olan Radu səfərə iddialı çıxıb: “Ümid edirəm ki, bu dəfə də ən yüksək nəticəni göstərəcəyəm. Səfərlə və yarışda iştirakla bağlı bütün xərcləri öhdəsinə götürən sponsorlara minnətdarlıq edirəm”.