13:24 19-09-2009
news_image
835
STOLÜSTÜ OYUNLAR

Kapitan Azərbaycan yığmasına hansı yeniliklər gətirəcək?

Sentyabrın 21-də Novxanıda “Baku Open-2009” beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov bildirib ki, reytinqindən və digər amillərdən asılı olmayaraq bütün şahmatçılara eyni şərait yaradıcılacaq. O, bölgələrdə yaşayan, yığma komandanın üzvü olan şahmatçılarımızdan əlavə mehmanxanada digər yerli şahmatçılar üçün daha 30 yer ayrılacağını qeyd edib.

Həmyerlilərimiz arasında turnirdə ən yüksək nəticə göstərmiş idmançıya 3000, 2-ci yerin sahibinə 2500, 3-cü yeri tutmuş şahmatçıya isə 2000 manat mükafat veriləcək. Turnirin ümumi mükafat fondu 60 min ABŞ dollarıdır.

FİDE–nin vitse-prezidenti Zurab Azmayparaşvilinin Azərbaycanın yığma komandasına kapitan təyin olunmasına münasibətini açıqlayan Həsənov bu amilin komandamızın uğurlarının artırılmasında müsbət rol oynayacağını güman edir.

Mənbə: AzərTac