11:25 21-09-2009
news_image
587
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovla Vüqar Həşimov dünya çempionatına yollanır

Azərbaycan şahmatçıları növbəti mötəbər yarışda qüvvələrini sınayacaqlar. Apasport.az saytının xəbərinə görə, milli komandamızın üzvləri Şəhriyar Məmmədyarovla Vüqar Həşimov noyabrın 18-dən 20-dək Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq şahmat üzrə (blits) dünya çempionatında mübarizə aparacaqlar. Turnirə planetin adlı-sanlı qrossmeysterlərindən dünya çempionu Vişvanatan Anand (Hindistan), Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya) başqaları qatılacaq.