11:42 21-09-2009
news_image
770
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz ilk dəfə keçirilən yarışda

Respublika Stend Atıcılığı Kompleksində stend atıcılığı üzrə ölkə çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, ölkə çempionatında 20 atıcı 2 növdə mübarizə aparır. Bu növlərdən birincisi səngər, digəri isə dairəvidir.

Dairəvi növdə yarışan idmançılar arasında 2000-ci il Sidney Olimpiadasının qalibi Zemfira Meftəhəddinova da var. Yarışların reqlamentinə görə hər iki növdə mübarizə 3 seriyadan ibarətdir. Hər seriyada atıcılar onlara verilən 25 şansda hədəfi dəqiq nişan almağa çalışıblar. Bu mərhələdə ən çox xal yığmağı bacaran 6 idmançı final mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionatının mükafatçılarının adlarına sabah keçiriləcək final oyunlarından sonra aydınlıq gələcək.
Stend atıcılığı üzrə ölkə çempionatı müstəqillik dönəmindən bəri ilk dəfədir ki, keçirilir.

Anspress.com