11:58 21-09-2009
news_image
659
DİGƏR NÖVLƏR

Milli komandamız Mərakeşə gedir

Azərbaycan karateçiləri noyabrda Mərakeşdə 6-cı dünya çempionatında iştirak edəcəklər. Apasport.az saytının xəbərinə görə, idmancılar fərdi və komanda birinciliyi üzrə kata və kumite yarışlarında mübarizə aparacaqlar. Yarış noyabrın 12-dən 15-dək WKF versiyası üzrə keçiriləcək.

Azərbaycanın nümayəndə heyətinə Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edəcək. İdmançıların siyahısı təlim-məşq toplantısından sonra müəyyən olunacaq.

Xatırladaq ki, otən il Türkiyədə Azərbaycan karateçilərindən ancaq İsrafil Şirinov medal qazanmışdı. O, 70 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülmüşdü.