23:31 25-09-2009
news_image
828
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz Çempionlar Liqasının qalibi oldu!

İspaniyanın Luqo şəhərində kişi komandalar arasında şahmat üzrə Çempionlar Liqasının oyunları başa çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan qrossmeysteri Vüqar Həşimovun (2740) kapitanı olduğu komanda birinci yeri tutub.

Həşimovun komandasına Fransisko Vallexo Pons (2696), Vadim Milov (2659), Aleksandr Qraf (2596), İvan Salqado Lopez (2555) və Draqan Paunoviç (2556) kimi beynəlxalq qrossmeysterlər daxildir. Onlar Boris Gelfandın (2756), Miquel İlyekas Kordobonun (2591) və David Rekuerro Querronun (2492) komandalarını geridə qoyub.

Turnir İsveçrə sistemi üzrə keçirilib.

Mənbə: AzərTac