11:03 26-09-2009
news_image
1848
DİGƏR NÖVLƏR

Qolları olmayan qız çempion oldu - FOTOSESSİYA

Amerikalı Barbi Querranın qazandığı mükafatlara istənilən idmançı həsəd apara bilər. Apasport.az saytının məlumatına görə, məşhur amerikalı xanım bodibildinq və fitnes yarışlarında qazandığı titulların sayını da itirib. 32 yaşlı gözəlçə bütün bu uğurlara qolları olmadan imza atıb. İki yaş yarımlıq ikən elektrik transformatorunun üstünə dırmaşan Barbi naqilə ilişib. Bu bədbəxt hadisə nəticəsində hər iki qolu çiynindən kəsilən balaca böyüdükcə güclü qadın obrazına çevrilib. Bu vəziyyətdə yarışlarda uğurla çıxış edən Barbi həm də qayğıkeş anadır. Özünün iki oğlu ilə kifayətlənməyən xanım uşaq evindən götürdüyü 2 qızı da böyüdür.