17:04 01-10-2009
news_image
628
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: 4 oyun, 4 heç-heçə

Şahmat üzrə Çinin Nantzin şəhərində təşkil olunan “Böyük dəbilqə” turnirinin birinci mərhələsində bu gün IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan yığmasının lideri Teymur Rəcəbov növbəti dəfə heç-heçə oynayıb.

O, turnirin reytinq favoriti, bolqarıstanlı Veselin Topalovla xalları bölüb. Tərəflər 64-cü gedişdə bərabərliyə razılaşıblar. Turun ən maraqlı məqamı norveçli Maqnus Karlsenin 4-cü oyunda 3-cü qələbəsini rəsmiləşdirməsi olub.

Hazırda Teymur 2 xal toplayıb və Van Yue ilə birgə 2-3-cü pillələri bölüşdürür. Rəcəbov sabah ilk dövrənin axırıncı turu çərçivəsində lider Karlsenə qarşı mübarizə aparacaq.

IV tur
Teymur Rəcəbov (Azərbaycan, 2757) - Veselin Topalov (Bolqarıstan, 2813) - 0,5:0,5

Van Yue (Çin, 2736) - Peter Leko (Macarıstan, 2762) - 0,5:0,5
Dmitri Yakovenko (Rusiya, 2742) - Maqnus Karlsen (Norveç, 2772) - 0:1

Turnir cədvəli:
1.
Karlsen - 3,5 xal; 2-3. Rəcəbov, Van Yue - 2; 4-6.Yakovenko, Topalov, Leko - 1,5.