14:40 02-10-2009
news_image
1051
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 25-ci gedişə mat qaldı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çinin Nantzin şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin birinci mərhələsində ilk dəfə məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz bu gün V tur çərçivəsində norveçli Maqnus Karlsenə uduzub. Qara fiqurlarla mübarizə aparan Rəcəbov 25-ci gedişdə təslim olub.

Bundan öncə ardıcıl 4 görüşdə heç-heçə oynamış şahmatçımız birinci dövrənin yekununa görə, 3-6-cı pillələri bölüşdürür. Sabah yarış iştirakçıları istirahət edəcəklər. Oktyabrın 4-də ikinci dövrənin oyunları start götürəcək.

V tur
Maqnus Karlsen (Norveç, 2772) - Teymur Rəcəbov (Azərbaycan, 2757) – 1:0

Veselin Topalov (Bolqarıstan, 2813) - Van Yue (Çin, 2736) - 0,5:0,5
Peter Leko (Macarıstan, 2762) - Dmitri Yakovenko (Rusiya, 2742) - 0,5:0,5

Turnir cədvəli:
1.
Karlsen - 4,5 xal; 2. Van Yue - 2,5; 3-6. Yakovenko, Rəcəbov, Topalov, Leko - 2.