22:51 02-10-2009
news_image
940
DİGƏR NÖVLƏR

2016-cı il Yay Olimpiya Oyunları Rio-de-Janeyroda keçiriləcək!

Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda 2016-cı il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşib. Səsvermədən sonra Braziliyanın Rio-de-Janeyro şəhəri 66 səslə qalib gəlib. Madrid (İspaniya) isə cəmi 32 səs toplayıb.

Qeyd edək ki, Azərbaycan paytaxtı Bakı da 2016-cı Yay Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlər arasında olub.