13:39 05-10-2009
news_image
651
STOLÜSTÜ OYUNLAR

Rəcəbov vərdişindən əl çəkmədi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti dəfə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, Çinin Nantzin şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin birinci mərhələsinin VII turunda həmyerlimiz Peter Leko (Macarıstan) ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Teymur 33-cü gedişdə bərabərliyə razılaşıb. Bu, Rəcəbovun turnirdə 6-cı heç-heçəsi olub.

Qələbəyə həsrət qalan 22 yaşlı idmançımız 3 xalla turnir cədvəlinin aşağı pillələrində yer alıb. O, sabah rusiyalı Dmitri Yakovenko ilə qüvvəsini sınayacaq. 10 turdan ibarət yarış oktyabrın 9-da yekunlaşacaq.