09:42 08-10-2009
news_image
637
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Kubada baş məşqçi mövzusuna da toxunacam

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov noyabrda Kubaya səfər edəcək. Apasport.az saytının məlumatına görə, Sloveniyanın “Delo” qəzetinə müsahibəsində nazir bildirib ki, səfər çərçivəsində boks yığmamızın baş məşqçi məsələsinə də toxunacaq: “Bir zamanlar boks ölkəmizdə populyar idi. Lakin əfsuslar olsun ki, son zamanlar bu idman növü heç də pərəstişkarlarını sevindirmir. Dəfələrlə baş məşqçi dəyişikliyi olsa da, nəticə qaneedici deyil. Bu səbəbdən mən noyabr ayında Kubaya səfər edəcəyəm ki, orada müxtəlif görüşlər zamanı baş məşqçi mövzusuna da toxunacam” .