17:25 08-10-2009
news_image
3599
DİGƏR NÖVLƏR

“Xəlvətcə” soyunanlar – FOTOSESSİYA

Məşhur amerikalı tennisçi Serena Uilyams kameralar qarşısında soyunmağa razılıq verib. Apasport.az saytının məlumatına görə, xanım idmançı ESPN şirkətinin yeni nəşri olan “Body” jurnalı üçün açıq-saçıq poza verib.

Jurnal işıq üzü görməmiş Serenanın bədəni internet saytlarının bəzəyinə çevrilib. Bu, ESPN şirkətinin meneceri Kristal Hovardın səhvi nəticəsində mümkün olub. O jurnal üçün çəkilən fotoları öz sosial şəbəkə səhifəsində yerləşdirib. Bununla da Uilyams və yeni nəşrin digər qəhrəmanlarının bədəni bütün dünyaya aşkar olub.

Serena ilə birlikdə soyunanlar isə peşəkar serfinq ustası Kler Bevilakua, döyüş növlərində ixtisaslaşan Cina Karano və Milli Basketbol Assosiasiyasının ötən mövsüm üçün ən yaxşı müdafiəçisi olan Duayt Hovardın da adları var.